
Mexaniki Dizayn nədir?
Mexaniki layihələndirmə maşının iş prinsipi, strukturu, qüvvə və enerji ötürülmə metodu, materialı, forması və ölçüsünün təhlilini və konkret istehsal üsuluna çevrilməsini özündə ehtiva edən prosesdir. Mexanik dizaynın obyekti məhsul qabıqlarından daxili quruluşa qədər hissələr, həmçinin məhsullar və sistemlər ola bilər.
Pyramid construction komadası mövcud dizaynı optimallaşdırmağı, yeni dizayn yaratmağı və eyni zamanda məhdud şərtlər altında ən yaxşı mexaniki dizayn etməyi hədəfləyir. Dizayn zamanı çox şey nəzərə alınmalıdır, məsələn, layihənin dəyəri, maşının performansı və ölçüləri və s.
Mexaniki avadanlıqların quraşdırılması zamanı məsləhət və ya nəzarət işləri ilə məşğul olan mühəndislər ,yaşayış üçün yararlı strukturlarda aşağıdakı məqamları təmin edə bilməlidirlər.
– Rahat şərait
– Funksionallıq
– Etibarlılıq
– Sağlamlıq
– Uzunömürlülük
–Qabaqcıl texnologiyaya uyğunluq
– Aşağı ilkin investisiya xərcləri
– Tətbiq asanlığı
– İstifadə və texniki xidmət asanlığı
– Genişlənmə asanlığı
– Enerjiyə qənaət
– Ətraf mühitə həssaslıq
– Çatdırılma qabiliyyəti
Mexaniki avadanlıqların dizaynı sahəsində istifadə olunan bəzi proqramlar vardır ki,bunlara aşağıdakılar aiddir;
– Autocad, Zwcad
– Microstation
– Microsoft Excel
– Revit Mep
– Magicad
– Omnicad
– AX3000
–Carrier Hap
– MTH
– E.Solution, Vrv Express, Lats Multiv
– TGUB, Izoder , MMO izolyasiyası


Avadanlıqların istehsalı və quraşdırılması üzrə ekspert olan komandamız istehsal prosesi sahəsində çoxillik təcrübəyə malikdir.Dizayn mühəndislərimiz dərin sahə təcrübəsinə malikdir.Onlar avtomatlaşdırılmış modelləşdirməni, rəsm və sənədləşməni təhlil etmək və həyata keçirmək üçün konstruktorlardan və xüsusi alətlərdən istifadə edirlər. Biz müxtəlif sənaye sahələrində müştərilərə xidmət göstəririk və Pyramidconstruction olaraq bazarda rəqabət qabiliyyətini artıra və sizi başqalarından fərqləndirə bilən mexaniki dizayn həlləri təklif edirik.