Mexaniki işlər tikinti işlərində yaşayış səviyyəsini və rahatlığını artırmaq üçün hazırlanmış və binanın daxili sistemini təşkil edən bütün komponentlərdir.
Mexaniki işlər tikinti sektorunda 4 əsas layihə növündən biridir: statik, memarlıq, elektrik və mexaniki.
Mexani işlər zamanı bina və qurğuların mexaniki və bütün növ istilik avadanlığı ilə bağlı planları, layihələri, çertyojları, hesablamaları texnika və peşənin ümumi prinsipləri və maraqları ilə birlikdə görülməlidir .Mexaniki işlər yerinə yetirilərkən tender fayllarının hazırlanması ilə bağlı bütün növ texniki baxış və nəzarət xidmətləri qanun və qaydalaraına uyğun yerinə yetirilməlidir.
Mexaniki işlər zamanı layihələndirmə, məsləhət və ya nəzarət proseslərində material seçimindən tutmuş məhsulların və binanın bütün ömrü boyu xidmət göstərə bilməsi nəzərə alınmalıdır.
Mexaniki işlərə misal olaraq mexaniki montajı göstərmək olar.

Mexaniki montaj nədir?
Mexaniki montaj bəzi komponentlərin montaj xəttində birləşdirildiyi prosesi təsvir etmək üçün istifadə olunur.Mexaniki montajdan sonra tam məhsullara nail ola bilərsiniz.Mexaniki montaj ilə məhsulunuz nəzərdə tutulmuş funksiyanı yerinə yetirə bilər.
Mexaniki montaj həmişə istehsal və sənaye sahəsində istifadə olunur. Məhsul montaj xətti ilə aşağıya doğru hərəkət etdikcə, bir komponent əlavə edilir və sonra bütün komponentlər əlavə olunana qədər növbəti komponent əlavə olunur. Komponentlər iş stansiyasından keçdikdə, montajı asanlaşdırmaq üçün işçi və ya robot işi görməlidir.
Mexaniki montajın dizaynı çox vacibdir. Birincisi, dizayn sadə olmalı və xərclər aşağı olmalıdır. Həmçinin yığmaq və sökmək asan olmalıdır. Mühəndis istifadəni təmin etmək üçün hər bir addımı nəzərdən keçirməlidir. Dizayna uyğun olaraq, mühəndis montajı məntiqi ardıcıllıqla yaratmaq üçün proses addımlarını təklif edə bilər.
Mühəndis mexaniki montajı layihələndirərkən çox diqqətli olmalıdır.
Mexaniki montajın dizayn prinsiplərindən biri bütün komponentləri mümkün qədər sadə etməkdir. Əgər vintlər,rulmanlar kimi standart hissələrdən istifadə edə bilirsinizsə, onları xüsusi dizayn etməməlisiniz. Standart hissələrin istifadəsi işi asanlaşdıra və daha sərfəli edə bilər.
Mexaniki montaj arasında mexaniki montaj borulama xüsusi yer tutur. Montaj borulama zamanı vacib olan bəzi məqamlar vardır.Buna misal olaraq montaj zamanı qayçıların düzgün seçilməsini göstərmək olar.Montaj borulama zamanı boruların ölçü və qalınlığından aslı olaraq müxtəlif növ qayçılardan istifadə edilir. Plastik borularda kəsim işlərinin düzgün alınması üçün metal xətkeşlə ölçü alındıqdan sonra, rəngli karandaşla kəsiləcək yeri işarələyirik. Boru işarələnmiş yerdən, qayçını sürüşdürmədən kəsilməlidir. Qayçını həddən artıq sıxmaq qayçı yayının qırılmasına səbəb ola bilər. Buna görə də kəsmə prosesi zamanı qayçı düzgün tutulmalıdır.
Montaj borulama zamanı bunu etməyin:
Sıxma zamanı borunu fırlatmaq olmaz. Birləşmə bitdikdən sonra qətiyyən qaynaq olunmuş səthə güc tətbiq etmək olmaz, yoxsa uğursuz bir qaynaq əldə etmiş olarsız. Önəmli məqamlardan biri də qaynaq alətində borunun nə az, nə də çox sıxılmamasıdır. Hər iki halda birləşmə xətalı olacaqdır.
Biz Pyramid construction olaraq sizi bu və bunun kimi səhvlərin baş vermə hallardından qoruyuruq.Sizdə bizim bu xidmətimizdən yararlanmaq və ya ətraflı məlumat istəyirsinizsə bizimlə əlaqə saxlayın.
