Mühəndislik və Layihənin idarə olunması
Biz ekspert mütəxəssislərimiz və peşəkar heyyətimiz ilə yaratdığımız bir qrup inteqrasiya olunmuş xidmətlərimizlə, əminliklə layihənizin öz korporativ hədəflərinə çatmasını təmin edirik. Komandamız tikintilərin yerinə yetririlməsində aşağıdaki keyfiyyətləri özündə cəmliyir:
– Mənafeyinizi qorumaq üçün doğru həll yollarının tapılması ilə dəyişən biznes tələblərini qarşılamaq;
– Ehtiyyaclarınızı nəzərə alaraq, işlərinizin dizaynı və qurulmasını təmin etmək üçün, müvafiq təşkilatların uyğun xidmətlərinin tətbiq olunması;
– Yerli və xarici standartlara əməl olunmasına əminlik verilməsi;
– Sifarişçinin büdcəsini qorumaq və tələblərinə cavab vermək;
– Tələb olunan standartlara əməl edərək layihənin vaxtında və büdcə daxilində yekunlaşdırılması;
– Ardıcıl, düzgün və fokslanmış menecmentə əməl olunması;
– Davam edən layihələrdə tərəqqinin təsirini minimuma endirmək;
– Performansın artırılması və sahibkar əminliyi yaratmaq;
Layihələrin idarə olunması xidmətlərimizə korporativ hədəflərinizə nail olunacağınıza əminlik verərək, sizin əvəzinizdən layihənin planlaması, idarə olunması , nəzarəti və yerinə yetirilməsi daxildir. Layihələrin hazırlanması xidmətimizə aşağıdakılar da daxildir:
– Sizə və layihə komandasına istiqamətləndirmə və ekspert məsləhətinin verilməsi;
– Başdan sonadək maraqlarınızın qorunması;
– Optimal həlləri inkişaf etdirərək çalışan komanda;
– İşin uğurla təhvil verilməsinə əminlik;
Bütün mühəndislik və hazırlıq işləri şirkətimiz daxilində aparılır və resursların istifadəsi optimallaşdırılır. Bütün bu xidmətlər tamamilə komputerləşdirilmişdir. Şirkətimiz bina tikintisi sektoru ilə bağlı proyektləri, tikintidə konstruktiv dizayn kimi böyük həcimdə mühəndislik xidmətləri göstərir. Şirkətimizin iş həcmi ötən illərdə dəfələrlə artmışdır. Şirkətin baş mühəndislərdən, inşaat mühəndislərindən, dizayn və struktur mühəndislərindən ibarət komandası təlabata uyğun olaraq böyümüşdür.
Komandamız müştərilərinə layihələrinin müxtəlif mərhələlərində müxtəlif dəstək verə bilər. Planlaşdırma mərhələsində məsləhət və layihələndirmə xidmətləri göstərilə bilər, həmçinin daha əvvəl planlaşdırılmayan, lakin istismarda olan binalar araşdırılaraq müştərilərilərə uyğun həll alternativləri təklif edilə bilər.
